Saxta arayış verən həkimə cinayət işi açıldı


12:57     06 Avqust 2020 cinayet_isi_01250.jpg

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Neftçalanın Xolqaraqaşlı kənd xəstəxanasının həkimi M.Əhmədovun pul müqabilində karantin rejimi dövründə kənd sakini olan bir qadına Bakı şəhərindəki xəstəxanaların birində müayinədən keçməsinə dair saxta tibbi arayış verməsi müəyyən edilib.


Daxili İşlər Nazirliyindən Femida.az -a verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə cinayət işi başlanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1375