Nazir hərbçilərin pensiya məsələsinə aydınlıq gətirdi


13:03     06 Avqust 2020 2018/05/sahil-babayev_1525865612.jpg

“Hərbi ekspertlər belə bir məlumat yayıblar ki, guya hərbi qulluqçuların pensiyasında müəyən dəyişikliklər ediləcək. Yəni, hərbi qulluqçular pensiyaya çıxanda indi olduğu kimi maaşında olan artım pensiyaya əlavə edilməyəcək”.

Femida.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında Vahid Əhmədov deyib.

Deputat məsələyə aydınlıq gətirmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevlə telefonla danışıb: “O bildirdi ki, bununla bağlı qanun layihəsi hazırlansa da, deyildiyi kimi bir şey yoxdur. İndeksasiya tətbiq etməklə bağlı dəyişikliklər olacaq".

Femida.az

Açar sözlər:

Oxunub: 645