Nazir müavini uşaqpulunun bərpası ilə bağlı iddialara son qoydu


13:13     06 Avqust 2020 20_08_06_1596706275.jpg


“Bundan əvvəl uşaqpulu hamıya verilirdi. Ancaq uşaqpulunun məbləği olduqca aşağı idi”.

Femida.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev deyib.

Nazir müavini bildirib ki, “Ünvanlı dövlət sosial yardımı haqqında” qanun qəbul olunduğuna görə, uşaqpulu ünvanlı şəkildə aztəminatlı ailələrə verilir:

"Bu gün 84 minə yaxın ailə ünvanlı yardım alır”.

Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev isə deyib ki, Uşaqpulu ilə bağlı məsələ hökumətdə müzakirə edilib:

"Bu gün vətəndaşlara 20-yə yaxın sosial müavinət verilir. Bunlardan 9-u uşaqların sosial müdafiəsi ilə bağlıdır. Komitə sədrinin sözlərinə görə, sovet vaxtından qalan uşaq pulunun məbləği o qədər az idi ki, heç verilməməsi ondan yaxşı idi. Bu gün uşaqpulu üçün ayrılan vəsaiti ünvanlı şəkildə ehtiyacı olan ailəyə vermək daha məqsədə uyğundur. Uşaqpulu müavinətinə yalnız ünvanlılıq prinsipi əsasında qayıda bilərik. Yəni, yalnız ehtiyacı olan ailələrin uşaqlarına uşaqpulu verə bilərik. Komitəyə deputatları dəvət edirəm ki, gəlin işçi qrupu yaradaq, konkret təkliflər hazırlayaq. Bunun büdcəyə yükünü hesablayaq və hökumətə konkret təkliflərlə çıxaq”.

Femida.az

Açar sözlər:

Oxunub: 761