ATƏT Leyla Yunusun azadlığa buraxılmasını alqışladı


23:14     09 Dekabr 2015 12366314_1177844325576363_469830726190011402_n.jpg


ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) direktoru Maykl Corc Link Leyla Yunusun səhhətində yaranan problemlərlə əlaqədar azadlığa buraxılmasını alqışlayır.

Bu barədə qurumun saytında məlumat yerləşdirilib.

“Leyla Yunusun bu gün azadlığa buraxılması müsbət və çox humanist jestdir. DTİHB insan haqları ilə bağlı məsələlərdə Azərbaycan hakimiyyət nümayəndələri ilə konstruktiv müzakirələri davam etdirməyə hazırdır,” - deyə M. Corc bildirib. (Apa)

Açar sözlər:

Oxunub: 1180