Beyrutda toy çəkilişi zamanı partlayış anı lentə alınıb


18:47     06 Avqust 2020 20_08_06_1596725288.jpg

Livanın paytaxtı Beyrutda baş verən güclü partlayışın yeni videosu üzə çıxıb.

Femida.az xəbər verir ki, videonu xarici televiziyalar yayıb.

Məlumata görə, paytaxt küçələrinin birində yerli fotoqraf toy çəkilişi zamanı gəlini çəkərkən təsadüfən partlayış anını da lentə alıb.

Xatırladaq ki, avqustun 4-də Livanın paytaxtı Beyrutda baş verən güclü partlayış nəticəsində 137 nəfər ölüb, 5 mindən çox insan yaralanıb. Hüquq-mühafizə orqanlarının ilkin məlumatına görə, qaynaq işlərinin icra edilməsi zamanı 2 700 tonluq nitrat ammonyak – amonyak turşusu və digər maddələr partlayıb.


Açar sözlər:

Oxunub: 810