Koronavirusa yoluxmuş məhbusların hamısı sağalıb


12:30     07 Avqust 2020 20_08_07_1596787088.jpg


“Koronavirusa ilk yoluxma halı şəhər xəstəxanasından çıxarılan məhkumda rast gəlinib. Təmas halı orda baş verib. Bundan sonra bütün təmasların nəzarətdə saxlanılmasına başlanılıb”.


Femida.az -ın xəbərinə görə, bunu Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəisi müavini İftixar Qurbanov avqustun 7-də “Ədliyyə fəaliyyəti: ictimai müzakirə” mövzusunda təşkil olunan onlayn debat zamanı deyib.

Ədliyyə Nazirliyinin Tibb Baş idarəsinin rəis müavini İftixar Qurbanov debatdakı çıxışı zamanı bildirib ki,

deyib.

O bildirib ki, məhbuslar arasında yoluxma halı ictimaiyyətə mütəmadi çatdırılır.

“Məhbuslar arasında tək-tək yoluxma halı var. Koronavirusa yoluxma halı aşkarlandıqda dərhal karantin təmin olunur və həmin şəxsin müalicəsi və müayinəsi tətbiq olunur. Bugünkü günə qədər koronavirus yoluxmuş məhkumlar arasında vəziyyəti ağırlaşmış məhbus olmayıb, hamısı sağalıb”, - deyə İ. Qurbanov vurğulayıb.

Ədliyyə fəaliyyəti: ictimai müzakirə (Tibb xidmətinin fəaliyyəti barədə) onlayn debatın tam videosunu təqdim edirik:




Femida.az

Açar sözlər: #məhbus   #ədliyyə  

Oxunub: 6635