Məhbuslar arasında xəstəlikdən ölüm halları azalıb


13:23     07 Avqust 2020 turme-mehbus.jpg


Penitensiar müəssisələrdə görülmüş tədbirlər, aparılan müayinə, diaqnostika, müalicə metodları hesabına əvvəlki illərlə müqayisədə xəstəliklərdən ölüm halları dəfələrlə azalıb.

Femida.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəisi müavini İftixar Qurbanov avqustun 7-də “Ədliyyə fəaliyyəti: ictimai müzakirə” mövzusunda təşkil olunan onlayn debat zamanı deyib.

Onun sözlərinə görə, əvvəlki illərə nisbətdə xəstəliklərdən ölüm halları azalıb: “Ölüm halı 1995-ci ilə nəzərən 15 dəfə, 2000-ci ilə nəzərən 2.7 dəfə, 2010-cu ilə nəzərən 1.2 dəfə azalıb və bu dinamika hər il artır".

Femida.az

Açar sözlər: #məhbus   #ədliyyə  

Oxunub: 5304