Bakı-Pirşağı-Sumqayıt qatarı sərnişinlərinin NƏZƏRİNƏ


18:14     07 Avqust 2020 2020/08/1596809250872_ocadnPsS_1596810013.jpeg

Xırdalan dairəsində dəmir yolu körpüsünün tikintisi ilə əlaqədar Bakı-Pirşağı-Sumqayıt xəttinə əlavə qatarlar buraxılır.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən Femida.az-a verilən məıumata görə, bu, Bakıdan Sumqayıta və əks istiqamətdə sərnişin sıxlığını azaltmaq məqsədi daşıyır. Yeni cədvəl avqustun 10-dan qüvvəyə minəcək. Xatırlatmaq istərdik ki, Nazirlər Kabinetinin qərarına müvafiq olaraq, xüsusi karantin rejiminin tətbiqi ilə bağlı Bakı-Xırdalan-Sumqayıt və Bakı-Pirşağı-Sumqayıt elektrik qatarları 8 və 9 avqust tarixlərində hərəkətdə olmayacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 1138