"Yoluxma artsa, yenidən bağlanmaya gedəcəyik" - Prezidentin köməkçisi
11:25 08 Avqust 2020
5 avqustdan yumşalmalara başlanıldı. SMS icazə ləğv edildi, çimərliklər açıldı. Bir neçə gündür ki, vətəndaşlarımız çimərliklərdən istifadə edir.
Femida.az xəbər verir ki, bunu Prezidentin köməkçisi − Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
Onun sözlərinə görə, gələn həftənin birinci günündən etibarən bütün qeyri-ərzaq mağazalarının açılmasına icazə verilib.
“Bütün məişət xidmətləri göstərən sahibkarlara qoyulan məhdudiyyətlər ləğv edildi. Bu addımlar tədricən həyata keçirilir. Açılmaların nəticəsində virusa yoluxma riski artır. Bu risk artdıqca bütün ölkələrdə narahatlıq doğurur və sərtləşməyə keçməyi məcbur edir”.
Ş.Mövsümov bildirib ki, yumşalmalara gedildikcə yoluxmaların artımı mümkündür:
“Qarşımızda duran əsas məsələ virusun yoluxma sürətinin aşağı salınmasıdır. Burada 3 əsas istiqamət var. Birinci istiqamət karanatin rejiminin çox sadə qaydalarına riayət etməkdir. Hər birimiz qaydalara riayət etsək, yoluxma sürəti azalacaq. İkincisi, qoyulmuş qaydalara nəzarətin həyata keçirilməsidir. Bunun yükü hökumətin üzərinə düşür və bu istiqamətdə ciddi addımlar atılacaq. Bu gün Baş Nazir tərəfindən böyük iclas keçiriləcək. Bütün icra qurumlarının bu istiqamətdə səylərini göstərməsi üçün tapşırıqlar veriləcək. Üçüncüsü isə yoluxanların tez bir zamanda aşkarlanmasıdır ki, bu istiqamətdə işlər həyata keçirilir. Bu 3 istiqamətdən ən vacibi birincidir. Çünki qaydalara riayət etsək, istənilən nəticəyə nail olacağıq. Əgər qaydalara əməl edilsə, yumşalma dövrü uzun olacaq. Amma yoluxma artsa, yenidən bağlanmaya gedəcəyik".
Femida.az
Oxunub: 729
Oxşar xəbərlər
- Yoluxma azaldı - SON STATİSTİKA
- Yoluxma kəskin artdı
- Yoluxma azaldı, sağalanların sayı artdı
- Yoluxma sayı sağalanların sayını üstələdi
- Yoluxma sayı 100-dən aşağı düşdü
- Yoluxma və ölüm sayı yenə azaldı
- Yoluxma 4 mindən aşağı düşdü - Ölüm sayı artdı
- Yoluxma halları daha çox yas mərasimlərində olur - TƏBİB
- Yoluxma 800-dən aşağı endi
- Yoluxma niyə artır? - Rəsmi açıqlama