Toylara icazə verilməsi sonrakı mərhələlərdə ola bilər - AÇIQLAMA


11:43     08 Avqust 2020 toy_004.jpg


Dövlət mütəmadi olaraq sahibkarlarla görüşür və onların təkliflərini dinləyir. İqtisadiyyat Nazirliyində dünən görüş keçirilib.

Femida.az xəbər verir ki, bunu İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, hazırda biznes fəallığının mərhələli olaraq artırılması istiqmaətində iş aparılır.

“İlkin olaraq insanların az toplaşdığı yerlərin açılması planlaşdırılır. Toyda çoxlu sayda insan qapalı məkana toplanır. Bununla bağlı qərar birinci, ikinci mərhələdə olmasa da sonrakı mərhələdə ola bilər. Sanitar-epidemioloji vəziyyətdən asılı olaraq qərarlar veriləcək”.

Femida.az

Açar sözlər:

Oxunub: 745