Açıq havada olan kafe və restoranların açılması gözlənilir


11:52     08 Avqust 2020 20_08_08_1596873180.jpg


Açıq havada olan kafe və restoranların açılması müzakirə olunur.

Femida.az xəbər verir ki, bunu Prezidentin köməkçisi − Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, rayonlara gediş-gəlişin bərpa olunması ilə bağlı müzakirələr davam edir:

“Burada vacib məsələ sanitar-epidemioloji vəziyyətə nəzarətdir. Yoluxma artmasa, bu açılışlara gediləcək”.

Femida.az

Açar sözlər:

Oxunub: 989