Cəlilabadda quru ot sahəsi yanır


13:51     08 Avqust 2020 mese_yangini_036.jpg

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Cəlilabad rayonunun Uzuntəpə kəndi yaxınlığında açıq sahədə yanğın olması barədə məlumat daxil olub.

Femida.az FHN-ə istinadən xəbər verir ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb edilib. İlkin məlumata görə, 2 ha sahədə quru ot və kol-kos yanır.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 1052