Qida məhsullarının istehsalı artıb
16:48 08 Avqust 2020
Bu ilin yanvar-iyun aylarında Bakının qida məhsullarının, içki və tütün məmulatlarının istehsalı sahələrində 669,9 milyon manat dəyərində məhsul istehsal edilib.
Femida.az Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə qida məhsullarının istehsalında 8,4 faiz artım, içki istehsalında 6,2 faiz, tütün məmulatlarının istehsalında isə 49,9 faiz azalma müşahidə olunub.
Bu sahələrin əsas məhsullarından kolbasa məmulatları istehsalı 70,5 faiz, şirin peçenye istehsalı 2,3 dəfə, qida üçün yararlı olan duz istehsalı 7,2 faiz artıb.
Femida.az
Oxunub: 1023
Oxşar xəbərlər
- Qida Təhlükəsizliyi İnstitutu ötən ili yarım milyon manat zərərlə başa vurub
- Qidalanmada yol verdiyimiz səhvlər
- Qida Təhlükəsizliyi İnstitutu işçi axtarır
- Qida Təhlükəsizliyi İnstitutuna pul ayrılıdı
- Qida Təhlükəsizliyi Agentliyinin vəzifələri artırılıb
- Qida məhsullarında antibiotik təhlükəsi - MƏQALƏ
- Qida Təhlükəsizliyi İnstitutu işçi axtarır - VAKANSİYA
- Qida məhsullarının idxalının elektronlaşmasına start verilib
- Qida məhsullarını seçərkən nələrə diqqət etməliyik? - AQTA maarifləndirir
- Qida təhlükəsizliyinin təmin edilməsinə dair Dövlət Proqramı təsdiqlənib - SƏRƏNCAM