Samuxda minik maşını aşıb, sürücü xəsarət alıb


18:16     08 Avqust 2020 20_08_08_1596896248.jpg

Samuxda yol qəzası baş verib.

Femida.az -ın məlumatına görə, hadisə rayonun Çobanabdallı kəndində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Ağır xəsarət alan sürücü xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1014