İranda son sutkada koronavirusdan 132 nəfər vəfat edib


18:52     08 Avqust 2020 20_08_08_1596897248.jpg

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 132 nəfər vəfat edib.

Femida.az -ın xəbərinə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İranda koronavirusdan ölənlərin sayı 18 264 nəfərə çatıb.

İranda son sutka ərzində koronavirusa 2 125 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 324 692 nəfərə çatıb.

Açar sözlər:

Oxunub: 969