Sumqayıt sakini faciəli şəkildə öldü


19:12     08 Avqust 2020 meyit0.jpg

Sumqayıtda 24 yaşlı gənc faciəli şəkildə ölüb.

Oxu.Az xəbər verir ki, hadisə şəhərin Beşinci məhəlləsində baş verib.

Belə ki, 1996-cı il təvəllüdlü Əliyev Şahin Allahyar oğlu yaşadığı binanın ikinci mərtəbəsindən yıxılıb.

Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir.

O, ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb. Ancaq bütün müdaxilələrə rəğmən, onun həyatını xilas etmək mümkün olmayıb.

Gəncin meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Açar sözlər:

Oxunub: 807