Sumqayıtda motosiklet minik avtomobilinə çırpılıb, xəsarət alan var - FOTO


20:28     08 Avqust 2020 20_08_08_1596902792.jpg

Sumqayıtda motosiklet minik avtomobilinə çırpılıb.

APA-nın yerli bürosunun məlumatına görə, qəza şəhərin Sülh prospektində qeydə alınıb.

Belə ki, hərəkətdə olan motosiklet yol kənarında dayanmış BMW markalı minik avtomobilinə çırpılıb.

Qəza nəticəsində motosikletin sürücüsü xəsarət alıb və ona yerində təcili tibbi yardım xidmətinin əməkdaşları tərəfindən yardım göstərilib.

Əraziyə yol polisinin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 945