Beyrutda polislə toqquşmalarda 130 etirazçı yaralandı


21:52     08 Avqust 2020 20_08_08_1596904437.jpg

Livanın paytaxtı Beyrut şəhərinin mərkəzində polis qüvvələri ilə etirazçılar arasında baş verən qarşıdurmada 130 şəxs yaralanıb.

Femida.az xəbər verir ki, bu barədə Livan Qızıl Xaç Cəmiyyəti öz “Twitter” səhifəsində məlumat verib.

Bildirilib ki, 28 nümayişçi xəstəxanaya yerləşdirilib, digərlərinə isə yerində tibbi yardım göstərilib.

Mitinqlər Beyrutun mərkəzindəki parlament binasının qarşısından başlayıb. Artıq etirazçılar şəhərin Əşrəfiyyə bölgəsində yerləşən Livan Xarici İşlər Nazirliyinin binasına daxil olublar.

Polis aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə edib.

Qeyd edək ki, etirazçılar limanda baş verən partlayışdan sonra hazırkı hökumətin istefasını tələb edirlər.

Açar sözlər:

Oxunub: 908