Prokurorluq Tovuzda törədilən qətl barədə məlumat yaydı


10:37     09 Avqust 2020 Prokurorluq_Yeni_Bina2.jpg

Avqustun 8-də saat 15 radələrində, Tovuz rayon sakini Rəqsanə Məmmədovanın bıçaqlanması nəticəsində aldığı xəsarətlərdən xəstəxanada ölməsi barədə məlumat daxil olub.


Respublika Baş Prokurorluğundan Femida.az-a verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 623