Dünyada COVİD-19-a yoluxanların sayı 20 milyon nəfərə çatır


13:50     09 Avqust 2020 20_08_09_1596966665.jpg

Dünyada yeni növ koronavirusa (COVİD-19)yoluxanların sayı 19,5 milyon nəfəri ötüb.

Femida.az -ın xəbərinə görə, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.

Pandemiya 188 ölkəni əhatə edir. Sutka ərzində daha 265 nəfər koronavirusa yoluxub və virusa yoluxanların sayı 19 milyon 571 min 989 nəfərə çatıb.

İndiyə qədər COVİD-19-a yoluxanlardan 725 min 914 nəfər ölüb, 11,8 milyondan çox insan sağalıb.

Ən çox yoluxma (4,99 milyon nəfər) ABŞ-da qeydə alınıb. İkinci yerdə 3,01 milyon nəfərlə Braziliya, üçüncü yerdə 2,08 milyon nəfərlə Hindistan, dördüncü yerdə 882,3 min nəfərlə Rusiya, beşinci yerdə 553,1 min nəfərlə Cənubi Afrika Respublikası qərarlaşıb. İlk onluğa Meksika, Peru, Çili və İran da daxildir.

Ən çox ölüm də ABŞ-da qeydə alınıb. ABŞ-da virusa yoluxan 162 min 422 nəfər ölüb. Braziliyada da ölənlərin sayı 100 min nəfəri ötüb.

Açar sözlər:

Oxunub: 593