İranda koronavirusdan ölənlərin sayı 18427 nəfərə çatıb


14:22     09 Avqust 2020 20_08_09_1596968589.jpg

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 163 nəfər vəfat edib.

Femida.az -ın məlumatına görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

İrandan koronavirusdan ölənlərin sayı 18427 nəfərə çatıb. İranda son sutka ərzində koronavirusa 2020 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 336712 nəfərə çatıb. İndiyədək xəstəlikdən 284371 nəfər sağalıb.

Açar sözlər:

Oxunub: 766