Əfqanıstanda partlayış törədilib, ölənlər və yaralananlar var


15:30     09 Avqust 2020 20_08_09_1596971742.jpg

Əfqanıstanın Qəzni şəhərində avtomobilin partladılması nəticəsində azı yeddi polis əməkdaşı həlak olub.

Femida.az-ın məlumatına görə, bu barədə təhlükəsizlik orqanlarındakı mənbəyə istinadən “Tolo News” telekanalı bildirib.

Mənbə qeyd edib ki, hadisə zamanı daha 15 nəfər yaralanıb. Onlar təcili tibbi yardım göstərilməsi üçün helikopterlə Kabilə çatdırılıb.

Bildirilir ki, partlayışdan sonra silahlılar hərbi düşərgəyə hücum etməyə çalışıblar, amma onlar zərərsizləşdirilib.

Hadisəyə görə, məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib.

Açar sözlər:

Oxunub: 820