ABŞ-da atışma olub, ölən və yaralananlar var


15:52     09 Avqust 2020 20_08_09_1596971821.jpg

ABŞ-da baş verən atışmada 1 nəfər ölüb, daha bir neçə nəfər yaralanıb.

Femida.az xəbər verir ki, bu barədə WTOP telekanalı polisə istinadən məlumat yayıb.

Qeyd edilir ki, hadisə Vaşinqtonda qeydə alınıb. Polisin məlumatına görə, "Dubois Place" küçəsində qeydə alınan silahlı insident zamanı azı 9 nəfər yaralanıb. Yaralılar yaxınlıqdakı xəstəxanaya çatdırılıb.

Hadisənin digər təfərrüatları açıqlanmır.

Açar sözlər:

Oxunub: 887