Bakıda əcnəbinin velosipedini oğurlayan şəxs saxlanıldı


16:12     09 Avqust 2020 2020/08/d9edbc0e-ff22-3024-9dd9-0596e61a84c5_1596972587.jpg

Paytaxtın Səbail rayonunda oğurluq törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa cəlb edilib.

Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, Səbail RPİ əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 7-də xarici ölkə vətəndaşına məxsus 900 ABŞ dolları dəyərində “Speeds” markalı velosipedi oğurlamaqda şübhəli bilinən, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş 1986-cı il təvəllüdlü, Neftçala rayon sakini Vüqar Muxtarov saxlanılıb.

Şübhəli şəxs barəsində Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə cinayət işi başlayıb, onun ətrafında əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Açar sözlər:

Oxunub: 864