Livanın informasiya naziri istefa verdi


16:52     09 Avqust 2020 20_08_09_1596975919.jpg

Livanın informasiya naziri Manal Abdel Səməd bildirib ki, Beyrutda baş verən güclü partlayışdan sonra vəzifəsindən istefa verir.

“Report”un məlumatına görə, bu barədə ölkənin MTV telekanalı bildirib.

"Mən livanlılardan üzr istəyirəm, ona görə ki, biz onların ümidlərini doğrulda bilmədik. Beyrut qəzasının dəhşətindən sonra hökumətdən istefa haqqında ərizə verirəm", - nazir bildirib.

Açar sözlər:

Oxunub: 928