Orduda andiçmə mərasimi keçirilib


17:33     09 Avqust 2020 20_08_09_1596981845.jpg

Müdafiə nazirinin tapşırığına əsasən, avqustun 9-da Azərbaycan Ordusunun təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.


Müdafiə Nazirliyindən Femida.az-a verilən məlumata görə, mərasimlər Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Gənc əsgərlər təntənəli surətdə hərbi andı qəbul edərək Vətənə sadiq olacaqlarına söz veriblər.

Yekunda şəxsi heyət təntənəli marşla tribuna önündən keçib.







Femida.az

Açar sözlər: #ordu   #andiçmə  

Oxunub: 981