Bakının rayonları üzrə yoluxma göstəriciləri - STATİSTİKA
19:26 09 Avqust 2020
Bakı şəhəri üzrə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma göstəriciləri açıqlanıb.
Femida.az koronavirusinfo.az saytına istinadən xəbər verir ki, paytaxtın rayonları arasında ən yüksək yoluxma göstəriciləri Binəqədi, Xətai, Sabunçu və Yasamal rayonlarında qeydə alınıb. Həmin rayonlar üzrə yoluxma göstəriciləri müvafiq olaraq 14,2, 12,2, 11,9 və 11,8 faiz təşkil edir.
Paytaxtın digər rayonlarına gəlincə, yoluxma hallarının 9,2 faizi Nəsimi, 8,3 faizi Nərimanov 8,1 faizi Suraxanı, 7,4 faizi Qaradağ, 7,3 faizi Nizami, 4,8 faizi Xəzər, 4,5 faizi Səbail, 0,3 faizi Pirallahı rayonlarının payına düşür.
Ümumilikdə isə ölkəmizdə koronavirusa ən çox yoluxma faktı Bakı şəhərində müşahidə olunub. Belə ki, ümumi yoluxma hallarının 56,3 faizi paytaxtda qeydə alınıb.
Femida.az
Oxunub: 1466
Oxşar xəbərlər
- Bakının Qaradağ rayonunda qaz kəsiləcək
- Bakının bəzi yerlərində içməli suyun verilişi dayandırılıb
- Bakının Xəzər rayonunda neft oğruları peyda olub
- Bakının bəzi küçə və prospektlərində yeni hərəkət sxemi müəyyən edilib
- Bakının mərkəzində ağacların kəsilməsinə görə vəzifəli şəxs cərimələnib
- Bakının mərkəzində restoranda lift qırılıb, 2 nəfər ağır xəsarət alıb
- Bakının 6 küçə və prospektində hərəkət məhdudlaşdırılacaq
- Bakının Nəsimi və Səbail rayonlarında su kəsiləcək
- Bakının parklanma Baş Planı hazırlanıb və qiymət tarifi müəyyənləşdirilib
- Bakının bir sıra ərazilərində su kəsiləcək