Bəzi iş yerlərinin fəaliyyəti bərpa olundu
09:12 10 Avqust 2020

Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində bu gündən etibarən fəaliyyətinə icazə verilən sahələrin siyahısı genişləndirilib.
Femida.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.
Qərara əsasən, sərt karantin rejiminin tətbiq edildiyi rayonlarda aşağıdakı sahələrin fəaliyyətinə icazə verilir:
- Açıq havada idman yarışlarının və oyunlarının keçirilməsi;
- Qeyri-ərzaq mallarının satışını həyata keçirən ticarət obyektələrinin və əhaliyə məişət xidmətləri göstərən obyektlərin (iri ticarət mərkəzləri istisna olmaqla) fəaliyyəti;
- maşın və avadanlıqların istehsalı;
- elektrik avadanlıqlarının istehsalı;
- kompüter, elektron və optik məhsulların istehsalı;
- avtomobil, qoşqu və yarımqoşquların istehsalı;
- sair nəqliyyat vasitələrinin istehsalı;
- poliqrafiya məhsullarının istehsalı;
- zərgərlik məmulatlarının istehsalı;
- musiqi alətləri, idman mallarının istehsalı;
- geyim istehsalı;
- toxuculuq sənayesi;
- ayaqqabıların istehsalı;
- dəri və dəri məmulatlarının istehsalı;
- tütün məmulatlarının istehsalı;
- sair sənaye məhsullarının istehsalı.
Femida.az
Oxunub: 579
Oxşar xəbərlər
- Tərxis edilmiş 643 nəfərin müraciəti həll olunub
- Sumqayıt şəhər bələdiyyəsinin sədri istefa verib
- Keçmiş məhkum yenidən cinayət törətdi
- Polis əməliyyat keçirdi - 2 nəfərdən tapança götürüldü
- Keçmiş məhkumdan narkotik götürülüb
- Nazir bu rəisi təqaüdə göndərdi
- Trampın sonuncu fərmanı: Keçmiş məmurlar əfv olundu
- "Şəhidlərimizi yeni ruh və qürur hissi ilə anırıq" - Hikmət Hacıyev
- İsveç səfirliyi Azərbaycan xalqına başsağlığı verdi
- 20 Yanvar hadisələrindən 31 il ötür