Bakı-Sumqayıt qatarı bağlandı - Noyabra kimi
09:45 10 Avqust 2020
Bakı-Sumqayıt avtomobil yolunun genişləndirilməsi işləri ilə əlaqədar Xırdalan dairəsində yerləşən dəmir yolu körpüsünün sökülərək yenidən tikintisi səbəbindən Bakı-Xırdalan-Sumqayıt istiqamətində elektrik qatarlarının hərəkəti bu gündən dayandırılıb.
“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, qatarlar avqustun 10-dan noyabrın 10-dək hərəkətdə olmayacaq. Buna görə də qeyd olunan müddət ərzində Biləcəri və Xırdalan istiqamətində elektrik qatarları hərəkət etməyəcək.
Bakı-Sumqayıt yolunun genişləndirilməsi işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilir. Xırdalan dairəsində yerləşən dəmir yolu körpüsü isə genişləndirmə işlərinə maneçilik törədir. Bu səbəbdən köhnə körpü söküləcək və onun yerində yeni biraşırımlı tağlı dəmir yolu körpüsü inşa olunacaq.
Körpünün tikintisi müddətində Sumqayıta gedən və ya ordan Bakıya gələn sərnişinlər Bakı-Pirşağı-Sumqayıt istiqamətində hərəkət edən elektrik qatarlarından istifadə edə biləcəklər.
Femida.az
Oxunub: 908
Oxşar xəbərlər
- Sumqayıtda zavoda fəhlə hündürlükdən yıxılaraq ölüb, cinayət işi açılıb
- Bakı-Sumqayıt qatarının hərəkət qrafiki müvəqqəti dəyişdirilir
- Sumqayıtda tanışını bıçaqlayaraq öldürən şəxs həbs olunub
- Sumqayıt sakini bıçaqlanaraq öldürülüb
- Sumqayıtda sabiq polis əməkdaşı intihar edib
- Dövlət Komitəsi Sumqayıtda əri tərəfindən zorakılıqla üzləşən qadınla bağlı məlumat yayıb
- Sumqayıtda qumbara tapılıb
- Bu gün Bakı-Sumqayıt qatarının ləngiməsinin səbəbi açıqlanıb
- Bakı-Sumqayıt qatarının bayram günündə hərəkət qrafiki açıqlanıb
- Sumqayıtda və Lənkəranda avtomobil piyadaları vuraraq öldürüb