Mövqelərimiz iriçaplı pulemyotlardan atəşə tutuldu
09:50 10 Avqust 2020

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 35 dəfə pozub.
Müdafiə Nazirliyindən Femida.az -a verilən məlumata görə, Ermənistan Respublikası Berd rayonunun Mosesqex kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər, Zamanlı kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.
İşğal altında olan Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
Femida.az
Oxunub: 571
Oxşar xəbərlər
- MN: Azərbaycan Ordusu atəşkəs rejimini pozmayıb
- Çavuşoğlu: "Qarabağda əsas məsələ atəşkəsin davam etməsidir"
- Rusiya MN: Hadrutda atəşkəs pozulub
- Müdafiə Nazirliyi: "Hal-hazırda atəşkəs rejiminə riayət olunur"
- Rusiya MN: “Hərbi əməliyyatların bitməsindən sonra Qarabağda ilk dəfə atəşkəs pozulub”
- Avropa Şurasının baş katibi: "Qarabağda atəşkəs razılaşmasını alqışlayıram"
- "Əhəmiyyətsiz atışmaları nəzərə almasaq, atəşkəs rejiminə riayət edilir" - Şoyqu
- Lavrov: "Qarabağda atəşkəs ABŞ və Fransanın iştirakı ilə həll olunub"
- Rusiya MN: Qarabağda atəşkəs rejiminə əməl olunur
- Türkiyə və Rusiya hərbçilərinin Qarabağdakı atəşkəsə nəzarətlə bağlı danışıqları başa çatıb