Azərbaycan-Türkiyə birgə təlimləri yekunlaşır
10:16 10 Avqust 2020

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirilir.
Femida.az xəbər verir ki, birgə təlimlər bu gün yekunlaşır.
Təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb edilib.
Plana əsasən, təlimlər avqustun 1-dən 5-dək quru qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə isə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçirilir.
Femida.az
Oxunub: 599
Oxşar xəbərlər
- Türkiyə MN-dən 20 Yanvar paylaşımı: Unutmadıq!
- Türkiyə XİN 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib
- Türkiyə səfirliyi və Türk Şurası 20 Yanvarla əlaqədar mesaj yayımladı
- Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub
- “Azərlotereya” Türkiyə şirkətinin idarəetməsinə verildi - SƏRƏNCAM
- Azərbaycan və Türkiyə poçtları arasında müqavilələr imzalandı
- Azərbaycan və Türkiyə poçt qurumları əməkdaşlığı genişləndirir
- Türkiyədə Çin vaksininin tətbiqinə icazə verilib
- Türkiyə və Pakistan növbəti dəfə Azərbaycana dəstək verdilər
- Çavuşoğlu: “Türkiyə bu gün Qafqazda təhlükəsizlik sahəsində mühüm oyunçudur”