Oğuzda 3 tondan artıq narkotik vasitə məhv edildi
10:44 10 Avqust 2020

Oğuz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən “Xaş–xaş 2020” əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat tədbirləri nəticəsində rayonun Bayan kəndi ərazisindəki əkin sahəsində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.
Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, ümumi çəkisi 3 180 kiloqram olan 2 650 ədəd çətənə kolu polis əməkdaşları tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv edilib.
Faktla bağlı Oğuz RPŞ-də araşdırma aparılır.
Femida.az
Oxunub: 621
Oxşar xəbərlər
- Oğuzda mikroavtobus aşıb, yaralılar var
- Oğuzda şəhid dəfn olunub
- Oğuzda qanunsuz ov edən şəxslər cəzalandırılıb
- Oğuzda koronavirus xəstəsi barədə cinayət işi başlanılıb
- Oğuzda qaydaları pozan koronavirus xəstəsi saxlanılıb
- "Bandotdel" Oğuzda əməliyyat keçirdi - VİDEO
- Polis Oğuzda reyd keçirib
- Oğuzda avtomobil aşıb, xəsarət alanlar var
- Oğuzda iki avtomobil toqquşub, xəsarət alanlar var
- Oğuzda dağlıq ərazidə kişi meyiti tapılıb