Havanı çirkləndirən sex sahibi cəzalandırıldı


12:01     10 Avqust 2020 ekologiya.jpg

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Beyləqan rayonunun Milabad qəsəbəsində fəaliyyət göstərən istehsal sexindən atmosferə normadan artıq tullantı atıldığı aşkar edilib.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən Femida.az-a verilən xəbərə görə, faktla bağlı sexin sahibi Vüqar Ağalıyev barəsində protokol tərtib edilib və o, 2500 manat məbləğində cərimə olunub.

Obyekt sahibinə sexdə təmizləyici qurğunun quraşdırılması üçün icrası məcburi olan “məcburi göstəriş” verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 792