Azərbaycanda general vəfat edib
11:59 10 Avqust 2020
Azərbaycan Ordusuna ağır itki üz verib. General-leytenant Məmmədov Fuad Nadir oğlu 2020-ci il avqust ayının 10-da ürək çatışmazlığından vəfat edib.
Müdafiə Nazirliyindən Femida.az-a verilən məlumata görə, F.Məmmədov 1968-ci il yanvarın 31-də Bakı şəhərində anadan olub.
1985-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyi bitirib. 1990-cı ildə Riqa Ali Hərbi Aviasiya Mühəndislər məktəbini bitirib və həmin ildən 1992-ci ilədək Zaqafqaziya Hərbi Dairəsində xidmətini davam etdirib.
Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib.
1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrində qrup rəhbəri, eskadrilya komandirinin müavini, baş mühəndis, Hərbi Hava Qüvvələri Komandanının MTT üzrə müavini vəzifələrində xidmət edib.
2015-ci il avqustun 20-dən 2020-ci il iyulun 8-dək Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsində xidmət edib.
Xidmətini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara və medallara layiq görülüb. Azərbaycan Respublikasının Silahlı Qüvvələri və Müharibə Veteranı idi.
"General-leytenant Məmmədov Fuad Nadir oğlunun əziz xatirəsi Azərbaycan Ordusunun şəxsi heyətinin və onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
Allah rəhmət eləsin!
Müdafiə naziri general-polkovnik Zakir Həsənov
Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov
general-polkovnik Kərəm Mustafayev
general-leytenant Kərim Vəliyev
general-leytenant Ramiz Tahirov
general-leytenant Nizam Osmanov", - deyə nazirliyin başsağlığında qeyd olunub.
Femida.az
Oxunub: 1072
Oxşar xəbərlər
- Mövlam Şıxəliyevin general-mayor rütbəsindən məhrum edilməsi ilə bağlı qərar çıxarılıb
- General Bəkir Orucovun ittiham olunduğu maddələr məlum olub - RƏSMİ
- Ukraynalı general: "Son 1 həftədə Rusiyanın 10-dan çox silah-sursat anbarı məhv edilib"
- Generalın həbsində YENİ DETALLAR: 6 milyonluq vergi borcu və...
- "Ukraynada Rusiyanın 4 generalı və 21 polkovniki ölüb”
- Rusiyada istefada olan kəşfiyyatçı general intihar edib
- “Rusiyanın daha 2 generalı öldürülüb”
- Rusiya ordusunun daha bir generalı Ukraynada öldürülüb
- Ermənistan ordusunun generalına qarşı ittiham irəli sürülüb
- Ukrayna Rusiya qərargahlarını sıradan çıxarıb, 1 general, 300-dək hərbçi öldürülüb