Cinayətdə şübhəli bilinən 13 nəfər saxlanılıb


12:09     10 Avqust 2020 trend_ppx_polis_main.jpg


Daxili işlər orqanları tərəfindən, avqustun 9-da törədilmiş 24 cinayətin üstü “isti izlər”lə açılıb.


Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 7 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 8 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 1 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 13 nəfər saxlanılıb.

Femida.az

Açar sözlər: #DİN   #polis   #cinayət  

Oxunub: 957