Yol polisi altı ayda 52 milyon manat cərimə yazıb


12:55     10 Avqust 2020 2020/08/sss_1597049774.jpg


Bu ilin yanvar-iyun aylarında yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı 1 565,7 min olub.


Bu barədə Femida.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Xətaların 39,9 faizi yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması, 15,9 faizi dayanma və ya durma qaydalarının pozulması, 10,1 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, 9,1 faizi svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, 7,2 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması, 4,9 faizi epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması, 4,6 faizi icbari sığorta müqaviləsinin bağlanmaması, qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanıb.

Qaydaların pozulmasına görə 52,6 milyon manat məbləğində cərimələr tətbiq edilib.

Femida.az

Açar sözlər: #yol   #yhq   #ypx   #dyp   #qayda   #cərimə  

Oxunub: 4056