Lənkəranda qadını maşın vuraraq öldürüb


13:58     10 Avqust 2020 20_08_10_1597051566.jpg

Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az -ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, avqustun 9-da saat 9 radələrində Lənkəran rayonunun Boladi kəndi ərazisində rayon sakini X.Ağayev idarə etdiyi “Daewoo” markalı avtomobillə yolun kənarında dayanmış kənd sakini Moskva Məhərrəmovanı vurub və piyada hadisə yerində ölüb.

Lənkəran ŞRPŞ tərəfindən araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 736