İlham Əliyev Belarus prezidentini təbrik etdi
15:46 10 Avqust 2020

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkoya təbrik məktubu ünvanlayıb.
Femida.az -ın məlumatına görə, mətndə deyilir:
"Hörmətli Aleksandr Qriqoryeviç,
Belarus Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.
Seçkilərin nəticələri Belarus vətəndaşlarının Sizə yüksək etimadını, ölkənizin inkişafı naminə yürütdüyünüz siyasi xəttə geniş xalq dəstəyini bir daha təsdiq etdi.
İnanıram ki, bu inamlı qələbəniz qardaş Belarusun çiçəklənməsinə və onun beynəlxalq mövqelərinin daha da güclənməsinə xidmət edəcək, xalqlarımız arasında dostluq ənənələrinə əsaslanan Azərbaycan-Belarus strateji tərəfdaşlıq və hərtərəfli əməkdaşlığının davamlı inkişafına töhfə verəcəkdir.
Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və qardaş Belarus xalqının rifahı naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram".
Oxunub: 604
Oxşar xəbərlər
- İlham Əliyev, Mehriban Əliyeva və qızları yenidən Cıdır düzündə olublar
- İlham Əliyev Şuşa icra hakimiyyətinin binası ilə tanış olub
- İlham Əliyev və Mehriban Əliyeva Şuşa Realnı Məktəbinin dağıdılmış binası ilə tanış olublar
- İlham Əliyev Vaqif türbəsi İlham Əliyev Bülbülün ev muzeyini ziyarət edib
- İlham Rəhimov “Şöhrət” ordeni ilə təltif edilib
- İlham Əliyev Nazarbayevə məktub göndərdi
- İlham Əliyev İndoneziya prezidentinə başsağlığı verib
- İlham Əliyevdən Moskva görüşü ilə bağlı ilk AÇIQLAMA
- İlham Əliyev məcburi köçkünlər üçün tikilən evlərin şəhid ailələrinə verilməsini tapşırdı
- İlham Əliyev Şuşanı Azərbaycan mədəniyyətinin paytaxtı elan etdi