Livanın Ədliyyə naziri istefa verdi


18:11     10 Avqust 2020 2020/08/80866639-5ECF-4B86-B817-EC6B66042F1C_1597068822.jpeg

Livanın Ədliyyə naziri Mari-Klod Nacem vəzifəsindən istefa verib.

Femida.az xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.

Qeyd edək ki, Mari-Klod Nacemdan əvvəl Livanın Ətraf Mühit və Administrativ İnkişaf naziri Damianos Kattar və İnformasiya naziri Manal Əbdül Səməd istefaya veriblər.

Bundan əlavə, İqtisadiyyat nazirinin də postunu tərk edəcəyi gözlənilir.

Femida.az

Açar sözlər:

Oxunub: 809


Oxşar xəbərlər