Miqrasiya məlumat sistemi haqqında Əsasnaməyə dəyişiklik edildi
20:26 10 Avqust 2020
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Femida.az xəbər verir ki, icra sənədlərinə əsasən, mülki hüquqi öhdəliyin və inzibati tənbehin olması barədə məlumatlar "Elektron icra” informasiya sistemi tərəfindən təmin olunacaq.
Eyni zamanda, “Elektron icra” informasiya sisteminə təqdim olunan məlumatlar müəyyənləşib. Belə ki, Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən sənədlər; Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə almış, habelə müvəqqəti olma müddəti uzadılmış və ya qaçqın statusu almış şəxslər; əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı haqqında məlumatlar sistem tərəfindən “Elektron icra” informasiya sisteminə təqdim olunacaq.
Femida.az
Oxunub: 935
Oxşar xəbərlər
- Miqrasiya Xidmətinin rəisi vətəndaşların videoqəbulunu keçirdi
- Miqrasiya Xidmətinin iyul ayına olan statistik məlumatları
- Miqrasiya Xidmətinə üç ayda 22634 müraciət daxil olub
- Miqrasiya Xidməti əcnəbilərə və vətəndaşlığı olmayanlara müraciət edib
- Miqrasiya Xidmətinin rəisi Quido Ambroso ilə görüşdü
- Miqrasiya Xidmətinin rəisi canlı yayımda sualları cavablandırır - VİDEO
- Miqrasiya Xidmətinin rəisi illik hesabat verdi - VİDEO
- Miqrasiya Xidmətinin rəisi vətəndaşların videoqəbulunu keçirəcək
- Miqrasiya Xidməti Orduya 100 min manat ianə etdi
- Miqrasiya idarəçiliyi pandemiya sınağında - Vüsal Hüseynov yazır