Polis Şabranda reyd keçirdi


20:30     10 Avqust 2020 2020/08/shabr-1597069786-(1)_1597077130.jpg

Şabranda koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınmasına istiqamətində Operativ Qərargah tərəfindən təyin olunmuş qaydalara rayon ərazisində əməl olunması ilə bağlı reyd keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, reyddə Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov və Şabran Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Məhəmməd İbrahimov da iştirak ediblər.

Reyd əsasən rayon ərazisində xidmət göstərən ticarət mərkəzlərində və digər qapalı obyektlərdə baş tutub. Sakinlərə pandemiya ərəfəsində həyata keçirilən tədbirlər barəsində geniş məlumatlar verilib, onlarla maarifləndirici söhbətlər aparılıb. Eləcə də tibbi maskadan istifadənin və sosial məsafənin gözlənilməsinin vacibliyi diqqətə çatdırılıb.

Keçirilən reyd zamanı Operativ Qərargah tərəfindən təyin olunmuş qaydaları pozan sahibkarlar və rayon sakinləri barəsində qanun çərçivəsində tədbirlər görülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 748