Əvvəl oğurluq etmişdi, indi isə...


10:07     11 Avqust 2020 hebs5.jpg

Narkotik vasitə ilə tutulmuş Astara sakininin digər cinayət əməli də üzə çıxıb.

DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan Femida.az-a verilən məlumata görə, Astara rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı tutulmuş rayonun Ərçivan qəsəbə sakini R.Mirzəyevin ətrafında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun qohumu olan şəxsin evindən oğurluq etdiyi də müəyyən edilib.

Aparılan araşdırmalarla R.Mirzəyevin Ərçivan qəsəbə sakini H.Hüseynova məxsus yaşayış evindən 1500 manat pul oğurladığı məlum olub.

Faktla bağlı Astara rayon Polis Şöbəsində araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 823