Sabahdan liseylərin V siniflərinə qeydiyyat başlayır
10:38 11 Avqust 2020
Avqustun 12-də 2020-2021-ci tədris ili üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki liseylərin V siniflərinə qəbul üçün elektron qeydiyyat başlayır.
İdarədən Femida.aza verilən məlumata görə, Texniki-Humanitar Lisey, 2 nömrəli Texniki-Humanitar Lisey, 147 nömrəli Texniki-Humanitar Lisey və 291 nömrəli Ekologiya Liseyinin V siniflərinə şagird qəbulu üçün ərizələrin elektron qeydiyyatı sy.edu.az elektron sistemi vasitəsi ilə aparılacaq.
Bunun üçün valideyn (və ya qanuni nümayəndə) sy.edu.az elektron sisteminə daxil olaraq müvafiq bölmədə özü və şagird haqqında tələb olunan məlumatları qeyd etməli, şəxsi səhifə yaratmalı və istədiyi liseyə sorğu yerləşdirməlidir. Elektron qeydiyyat 20 avqust tarixində başa çatacaq.
Qeydiyyatdan keçirilmiş şagirdlər müvafiq liseylərə qəbul olunmaq üçün müsabiqədə iştirak edəcəklər. BŞTİ tərəfindən mərkəzləşdirilmiş qaydada təşkil olunacaq müsabiqədə şagirdlər ana dili, riyaziyyat və məntiqə aid test tapşırıqlarını yerinə yetirəcəklər.
Müsabiqənin 25 avqust tarixində təşkil olunması nəzərdə tutulur.
Femida.az
Oxunub: 871
Oxşar xəbərlər
- Sabahdan güclü külək əsəcək, şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQ
- Sabahdan güclü külək əsəcək, şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQ
- Sabahdan ali məktəblərə ixtisas seçimi başlayır
- Sabahdan güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Sabahdan ibtidai siniflər üçün 5 günlük yaz tətili başlayır
- Sabahdan qazın istismarı ilə bağlı pozuntuya görə yeni cərimələr tətbiq olunacaq
- Sabahdan Azərbaycanda maska tələbi ləğv edilir
- Sabahdan AZAL və “Buta Airways” Rusiyaya bütün reysləri dayandırır
- Sabahdan COVID pasportu ilə bağlı bu qadağalar tətbiq ediləcək - SİYAHI
- Sabahdan Almatıda "narıncı" terror təhlükəsi səviyyəsi ləğv olunacaq