“Gənclik” metro stansiyasındakı ödəmə terminalları nə vaxtdan açılacaq?


10:40     11 Avqust 2020 2020/08/news_20200811100612_1597128152.jpg

Bu gündən metronun “Gənclik” stansiyasının vestibülü səhər pik saatlarında da ödəmə terminallarından istifadə üçün açıq olacaq.

Bu barədə Femida.az-a Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Məlumatda bildirilir ki, sərnişinlər saat 06:30-dan saat 12:00-dək “Gənclik” metro stansiyasının vestibülündəki ödəmə terminallarından istifadə edə biləcək.

Sərnişinlərdən vestibüllərdə maskadan istifadə etmələrini və sosial məsafəni gözləmələrini xahiş edirik. Tövsiyə edirik ki, “BakıKart”ın balansını artırmaqla bağlı işlərini planlı qursunlar. Əvvəlcədən tədbirli davranış lüzumsuz vaxt itkisinə məruz qalmamaq, eləcə də pandemiya dövründə yoluxma riskini minimuma endirmək baxımından əhəmiyyətlidir.

Femida.az

Açar sözlər:

Oxunub: 917


Oxşar xəbərlər