Bolton: “Qarabağ münaqişəsində qarşıdurma səviyyəsi artıb”
10:51 11 Avqust 2020
Qarabağ münaqişəsində qarşıdurma səviyyəsi bir çox aspektdən artıb.
Femida.az xəbər verir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə sabiq müşaviri Con Bolton "ArmNews”a açıqlamasında deyib.
Onun sözlərinə görə, Ermənistana səfəri zamanı (2018-ci ilin oktyabr ayında) baş nazir Qarabağ məsələsində qərar vermək üçün "əla" mövqelərə sahib olub.
“İlkin görüşlər zamanı həvəsləndirici əlamətlər var idi, amma ziyarətimdən bir il sonra heç bir nəticə olmadı və bir çox cəhətdən qarşıdurma səviyyəsi artdı. Hesab edirəm ki, bu, hər iki xalq, həm Ermənistan, həm də Azərbaycan üçün itkidir", - deyə Bolton qeyd edib.
O, münaqişənin həllini tapmağın nə qədər çətin olduğunu başa düşdüyünü vurğulayıb.
“Mən Qafqazı yalnız yerli sakinlər üçün deyil, həm də ABŞ və bütün dünya üçün vacib bölgə hesab edirəm. Buradakı atmosfer əslində bir neçə qonşuya görə çox təhlükəlidir. ABŞ-ın bu bölgəyə daha çox diqqət yetirməsini istərdim. Çox istərdim ki, biz daha faydalı olaq, çünki bölgənin üç kiçik ölkəsi cənubdan iki böyük və problemli qonşu ilə əhatə olunub. Düşünürəm ki, ABŞ-ın kənardan iştirakçılığı regional sabitliyi artırır”.
Femida.az
Oxunub: 776
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"