Məmmədyarov sabah Rusiyaya gedəcək


19:51     23 May 2015 elmar_memmedyarov_14290326008.jpg

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov mayın 24-də Rusiyaya səfər edəcək.


Femida.az xəbər verir ki, bu barədə E. Məmmədyarov özü bildirib.

Nazir qeyd edib ki, səfər zamanı Rusiya xarici işlər naziri Sergey Lavrovla Dağlıq Qarabağ münaqişəsini də müzakirə edəcək: “Bundan başqa, Dövlət Dumasının sədri Sergey Narışkin və başqa rəsmilərlə görüşümüz nəzərdə tutulub”.

Görüşlə bağlı Rusiya Xarici İşlər Nazirliyinin saytı da məlumat yayıb. Nazirliyin xəbərinə görə, hər iki ölkənin Xarici İşlər naziri bazar ertəsi görüşəcək. Nazirlərin görüşündə regional və beynəlxalq məsələlərlə yanaşı, Dağlıq Qarabağ probleminin həlli yolları da müzakirə ediləcək.

Açar sözlər:

Oxunub: 601