Vəkillər aztəminatlı ailələrə pulsuz hüquqi yardım göstərib


14:01     11 Avqust 2020 20_08_11_1597140363.jpg

Vəkillər Kollegiyası Rəyasət Heyətinin 30 iyul 2020-ci il tarixli qərarı ilə 2020-ci il Qurban bayramı və "30 iyul - Azərbaycan vəkilliyinin təşkili" günü münasibətilə 3-7 avqust tarixlərində Respublika üzrə bütün vəkil qurumları tərəfindən aztəminatlı əhaliyə pulsuz hüquqi xidmətlər göstərilməsi üzrə aksiya keçirib.

Femida.az xəbər verir ki, 50-dən çox vəkil qurumunun dəstək veridyi ümumrespublika aksiyası ərzindən 650-dən çox insana şifahi, yazılı hüquq məsləhətlər verilib, həmçinin bir sıra şəxslər üçün məhkəmələrə müraciət üçün yazılı ərizələr tərtib olunub, onların məhkəmələrdə təmsilçiliyi üçün işlər görülüb.

Bundan başqa, bir sıra vəkil qurumları tərəfindən sosial şəbəkələr vasitəsilə əhaliyə onlayn formada hüququ yardım xidmətləri də göstərilib.














Femida.az

Açar sözlər: #vəkil   #hüquq   #qanun  

Oxunub: 14960