Domen adlarının tənzimlənməsinə dair yeni müddəalar təsdiqləndi


16:54     11 Avqust 2020 20_08_11_1597150475.jpg


Prezident İlham Əliyev "Telekommunikasiya haqqında” qanuna dəyişikliyi təsdiqləyib.

Femida.az xəbər verir ki, dəyişiklik layihəsinə əsasən, qanuna iki yeni maddə təklif olunub.

1.0.20 maddəsinə əsasən, domen adlarının milli inzibatçısı- “az” ölkə kodlu yüksək səviyyəli domen zonasında domen adlarının inzibatçılığını həyata keçirən səlahiyyətli şəxsdir.

7.10-1 maddəsinə əsasən, “az” ölkə kodlu yüksək səviyyəli domen zonasında domen adlarını qeydiyyatı və onlara texniki xidmət üzrə ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmaqla, domen adının milli inzibatçısı tərəfindən müəyyən ediləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 762


Oxşar xəbərlər