Nazirlər Kabineti qərarda dəyişiklik etdi
18:44 11 Avqust 2020
Nazirlər Kabineti “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” qərarına dəyişiklik edib.
Femida.az -IN məlumatına görə, dəyişikliyə əsasən, “qida qəbulu” sözlərinin əvvəlinə “ictimai iaşə müəssisələrinin” sözləri və “zallarında” sözündən sonra “, otaqlarında, habelə onların açıq hava sahələrində” sözləri əlavə edilib.
Həmin Qərarla təsdiq edilmiş “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu zamanı adambaşına müəyyən edilən sıxlıq normaları”nın “Qida qəbulu zalları” sütununa “zalları” sözündən sonra “ , otaqlar, habelə "açıq hava sahələri” sözləri əlavə edilib.
Qeyd edək ki, ictimai iaşə müəssisələrinin qida qəbulu zallarında otaqlarında, habelə onların açıq hava sahələrində oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən, masalararası məsafələr isə 2 metrdən az olmamalıdır.
İndiyə qədər qida qəbulu zallarında oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən, masalararası məsafələr isə 2 metrdən az olmamalı idi.
Oxunub: 2011
Oxşar xəbərlər
- Nazirlər kabinetinin qərarı qüvvəyə mindi: Bu məhsullar bahalaşacaq
- Nazirlər Kabineti III qrupa qəbulla bağlı dəyişiklikləri təsdiqləyib
- Nazirlər Kabinetində ərzaq təhlükəsizliyi, qiymət artımına həsr olunmuş müşavirə keçirilib
- Nazirlər Kabineti Qarabağda iqtisadi inkişafın sürətləndirilməsi barədə qərar verib
- Nazirlər "Şərq Tərəfdaşlığı" Sammitinə hazırlığı müzakirə edib
- Nazirlərin müzakirə etdikləri məsələlər açıqlandı
- Nazirlər Kabineti: "Bəzi məktəblərdə COVID-19 pasportu tələb olunmayacaq"
- Nazirlər meşə yanğılarını müzakirə edib
- Nazirlər Kabineti tikinti ilə bağlı yeni qanunun detallarını açıqladı
- Nazirlər Kabinetinin sosial müavinətlərlə bağlı qərarlarında dəyişiklik edilib