Son sutkada ABŞ-da COVID-19-dan 653 nəfər ölüb


19:52     11 Avqust 2020 20_08_11_1597159256.jpg

Son sutkada ABŞ-da COVID-19-dan 653 nəfər ölüb.

Femida.az -ın "worldometers"ə istinadən məlumatına görə, bununla ABŞ-da koronavirusdan ölənlərin sayı 166 273 nəfərə çatıb.

Bildirilib ki, son sutkada ölkədə koronavirusa 52 708 yeni yoluxma faktı qeydə alınıb, ümumilikdə yoluxma sayı 5 253 765-ə çatıb.

Xəstəlikdən sağalanların sayı isə 2 717 000 nəfərdir.

Qeyd edək ki, ABŞ koronavirusa yoluxma sayına görə ilk yerdədir.

Açar sözlər:

Oxunub: 1000